Paytaxtda dəhşətli yol qəzası baş verib.
Unikal.az xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov 120 ünvanında qeydə alınıb.
Belə ki, "Hyundai Elantra" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.
Nəticədə motosiklet sərnişin avtobusunun altına düşüb, nəqliyyat vasitəsində olan hər iki nəfər ağır yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.