Bakıda 5 nəfər dəm qazından zəhərlənib. Bu haqda 4 yanvar tarixində Report məlumat verib.
Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq küçəsində yaşayan 20 yaşlı Kamal Salahov və “Südçülük” adlanan ərazidə qalan 32 yaşlı Aygün Sayadova dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Sabunçu rayonu, Zabrat qəsəbə sakini 33 yaşlı Vüsalə Yaqubova və Ramana qəsəbəsində yaşayan Şahnaz Məmmədli dəm qazından zəhərləniblər. Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Daha bir dəm qazından zəhərlənmə hadisəsi Nərimanov rayonunda baş verib. 16 yaşlı Kamilə Ağayeva xəstəxanaya yerləşdirilib.
Hadisələrin təfərrüatları araşdırılır.