Xəzər rayonunda bir nəfər terminal yarıb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirlyinə istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsində baş verib. 31 yaşlı İlham Rəhmanov mağazada yerləşən ödəmə terminalından 7753 AZN oğurlayıb. Araşdırma zamanı onun daha 2 mağazadan ödəmə terminallarını yardığı məlum olub.
Araşdırmalar davam edir.