Paytaxtın Nərimanov rayonunda tumba oğurlayan şəxslər tutulublar. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuşlar Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov gecə saatlarında adıçəkilən rayon ərazisində parkda yeləşən 14 ədəd dəmir tumba oğurlamaqda şübhəli bilinirlər. Onlar tumbaların bir qismini əlvan metal qəbulu məntəqələrində satıblar.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_99571" align="alignnone" width="640"]
Foto DİN[/caption]