Xəzər dənizində batma təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-in xilasediciləri xüsusi əməliyyatlar keçirərək batma təhlükəsi ilə üzləşən 4 nəfəri xilas ediblər. Sözügedən hadisələr “Mərdəkan” və “Zuğulba-3” sularda xilasetmə məntəqələrində baş verib.