Bakıda bir nəfər dənizdə batıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 29 iyul tarixində xəbər verir.
Hadisə Qaradağ rayonunda, dənizin nəzarətsiz olan ərazisində baş verib.
Batan şəxsin tapılması istiqamətində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.