Paytaxtın Qaradağ rayonunda 17 yaşlı qız itkin düşüb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 29 oktyabr tarixində xəbər verir.
Oktyabrın 27-də Paytaxtın Qaradağ rayonunda Səma Alıyeva saat 06:00 radələrində Müşfiqabad qəsəbəsində dərsə getmək adı ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində araşdırma aparılır.