Bakının Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında çoxmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub, alışma söndürülüb.
Bu, gün ərzində çoxmərtəbəli binalarda baş verən üçüncü hadisədir. Daha öncə Yeni Yasamalda və Nəsimi rayonunda yaşayış binalarında baş vermiş yanğınlar haqda məlumat verilib.