Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində piyadanı maşın vurub. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Apa-ya istinadən məlumat verir.
54 yaşlı Məmmədov İlqar Həsən oğlu yolun piyadalar üçün müəyyən edilməyən hissəsinə çıxıb. Bu vaxt kişini avtomobil vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı təhqiqat araşdırmaları aparılır. Sürücünün izahatı alınıb.