Paytaxtın Nərimanov rayonunda iki nəfər narkotacir saxlanılıb. Bu haqda bu gün, 21 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakinləri Cabir Əliməmmədov və Azər Kərimovun üzərlərindən 42 bükümdə ümumilikdə 60 qrama yaxın heroin və metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.