Bakıda piyadaların iştirakı ilə iki avtoqəza baş verib. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az “Report”a istinadən xəbər verir.
Yasamal rayonu, “Qələbə” dairəsində avtomobil yolu keçən 42 yaşlı Ceyhun Novruzovu vurub. O, xəstəxanaya çatdırılıb.
Oxşar hadisə paytaxtın Nizami rayonunda da qeydə alınıb. 21 yaşlı Elxan İsmayılov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırmalar davam edir.