Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 2 iyun tarixində Report məlumat verib.
46 yaşlı Elxan Hacıyev dava zamanı bıçaq xəsarəti alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkar olunub.
Əməli törətməkdə yaralının qonşusu şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.