Nizami rayonu, “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 5 fevral tarixində APA məlumat verib.
Dava zamanı 23 yaşlı Aslan Süleymanov tanımadığı şəxs tərəfindən bıçaq zərbələri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Daha öncə məlum olub ki, paytaxtın Xətai rayonunda yerləşən kafelərdən birində 44 yaşlı Namiq Bayramov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.