Sabunçu rayon sakininin torpağa basdırdığı silah-sursat aşkarlanıb. Bu haqda 16 noyabr tarixində Report məluma verib.
Baki İstintaq Təcridxanasında cəza çəkən Maştağa qəsəbə sakini Vüqar Quliyevin qəsəbə ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 6 ədəd patron aşkar edilib.
Silah DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində tapılıb.