Bakıda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 18 fevral tarixində xəbər verir.
Paytaxtın Xətai rayonunda ümumi sahəsi 400 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.