Bakının Binə qəsəbəsində evdən oğurluq olub. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyaları oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma davam edir.