Paytaxtda ev qarət olunub.
Bakuplus.az-a Daxili İŞlər Nazirliyindən (DİN) verilən xəbərə görə, hadisə Xəzər rayonu Zirə qəsəbəsində qeydə alınıb. Adıçəkilən ərazidə yerləşən evlərin birindən 35.000 manat pul oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.