Paytaxtda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində yerləşən evlərin birindən samovar, su mühərriki və təmir alətlərinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Əliyev müəyyən olunaraq saxlanılıb.
Hazırda araşdırma aparılır.