Bakının Səbail rayonu, Badamdar qəsəbəsində evdən 7000 manat dəyərində oğurluq edilib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.