Bakıda yaşayış binasında yanğın olub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 15 mart tarixində xəbər verir.
Paytaxtın Səbail rayonunda yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 225 kv.m olan fəaliyyət göstərməyən restoranın mətbəxində havalandırma sisteminin mühərriki yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.
Restoran yanğından mühafizə olunub.