Bakının Nərimanov rayonunda Füzuli rayon sakinindən tüfəng götürülüb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşları E.Quliyevdən nömrəsi silinmiş “TOZ-17” markalı yivli tüfəng və 6 ədəd patron aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.