Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində binanın havalandırma şaxtasında qalan pişik xilas olunub. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Sakinlər pişiyi özləri çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu səbəbdən hadisə yerinə FHN-in xilasetmə briqadası cəlb olunub. Xilasedicilər heyvanı çıxararaq sakinlərə təhvil veriblər.