Bakıda yük avtomobili aşıb. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Bu haqda Report 16 noyabr tarixində xəbər verib.
Hərəkətdə olan "QAZel" markalı yük avtomobilinin aşmasına güclü külək səbəb olub. Nəticədə avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.