Nərimanov rayonunda toy günü gəlin qayınanası ilə dava edib. Bu haqda 6 oktyabr tarixində Yeni Sabah məlumat verib.
Bakının "Dədə Qorqud" parkı yaxınlığında yerləşən restoranların birində toy məclisi zamanı gəlin ilə qayınana arasında mübahisə düşüb. Hətta gəlin qaynanasına nalayiq sözlər deyib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.