Bakıda 27 yaşlı Həmidə Tağıyeva yanıq xəsarətləri alaraq ölüb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Onun ölümü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qadının qəsdən yandırılaraq öldürüldüyü ehtimal olunur. Digər iddialara görə, müğənni intihar etdiyi və ya ehtiyatsızlıqdan yanıq xəsarətləri aldığı deyilir. Bunlarla yanaşı, mərhumun avtoqəza zamanı yanaraq ölməsi barədə də fikirlər bildirilir.
Həmidə Tağıyeva Bərdə rayonunda anadan olub. Mingeçəvirdə təhsil aldıqdan sonra Bakıda kafe və restoranlarda müğənnilik edib.
[caption id="attachment_145573" align="alignnone" width="640"]
Foto Lent.az[/caption]