Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 19 may tarixində APA məlumat verib.
Bildirilir ki, 31 yaşlı Qaqaş Musayev naməlum şəxs tərəfindən boynundan bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.