Paytaxtın Xətai rayonunda bıçaqlanma olub. Bu haqda Report bu gün, 10 iyun tarixində məlumat verib.
35 yaşlı Yadulla Abıyev bacısı oğlu (ad və soyad dəqiqləşdirilir) ilə münaqişə zəminində bıçaqlanıb.
Zərərçəkmiş təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.