Gecə ərzində paytaxt ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə Nərimanov rayonunda baş verib. Bu haqda 26 oktyabr tarixində APA xəbər verib.
Rayonun Daş karxanası küçəsində kirayə yaşayan 22 yaşlı Tural Tağıyev tanıdığı şəxslə arasında yaranan mübahisə nəticəsində dava zamanı bıçaqlanıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının ürək nahiyəsindən xəsarət aldığı məlum olub.