Bakının Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
20 yaşlı Elnur Hüseynov yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Aldığı xəsərətlər nəticəsində gənc yerindəcə dünyasını dəyişib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.