Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 12 aprel tarixində Report məlumat verib.
Yolu keçmək istəyən 21 yaşlı Şəbnəm Mövlanzadəni avtomobil vurub. Yaralı qız xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.