Bakıda fevralın 1-də ərəblər gənc qıza kəsici alətlə xəsarət yetiriblər. Bu haqda Report məlumat verib.
Səbail rayonu, Nizami küçəsində yerləşən evlərin birində mübahisə zəminində 24 yaşlı Leyla Əliyeva 2 ərəbin hücumuna məruz qalıb. Onlar Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər. Hadisə qız ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib.
Yaralı sağ saidin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma davam edir.