Nizami rayonunda yerləşən həbsxanaya narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Hüsaməddin Rzayev 15 saylı cəzaçəkmə müəssisəsində məhkum olan tanışı Ülvi Cəfərovun yanına gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman ayaqqabının içində gizlədilmiş 3,670 qram marixuana tapılıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_132150" align="alignnone" width="640"]
Foto justice.az[/caption]