Paytaxtın Nərimanov rayonunda hospitaldan oğurluq edilib. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini N.Mirzəyev adıçəkilən rayonun A.Aqarunov küçəsində yerləşən tibb müəssisəsindən 5180 AZN dəyəri olan oksigen aparatı oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.