Bakıda hosteldən çürümüş meyit tapılıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Nizami rayonu ərazisində yerləşən hostellərin birində 61 yaşlı Aybəniz Şabanovanın çürümüş meyiti aşkar edilib. Bildirilir ki, qadın hosteldə yaşayırdı. Cəsəddə zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.