Bakının Səbail rayonunda hotellərin birindən pul oğurlamaqda şübhəli bilənən şəxs saxlanılıb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, martın 11-də hoteldən 1770 manat dəyərində 2 ədəd güldan, suvenir əşya və təmir aləti oğurlanıb.
Aparılan əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şəki rayon sakini S.Ağammədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.