Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Avtopark” MMC-yə məxsus olan anbardan 3 işıqfor dirəklərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ilə bağlı 22 iyul tarixində Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarına məlumat daxil olub. Keçirilən tədbirlər nəticəsində şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb.
Araşdırma zamanı onun, həmçinin Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) axtarışda olması da məlum olub.