Bakıda onsəkkizmərtəbəli binanın lifti qırılıb. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Xətai rayonu, Gəncə prospekti, 2980/81 ünvanında baş verib. 7 nəfər sakini binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb. Nəticədə 4 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Aşur Məmmədov gəlib.