Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi intihar edib. Bu haqda məlumatı Bakuplus.az bu gün, 13 mart tarixində Unikal.az-a istinadən verir.
Rauf Mehdiyev özünü asaraq canına qəsd edib. O, Abşeron rayonunun Məhəmmədi qəsəbəsində dəfn edilib.
Rauf Mehdiyev 2021-ci ildən, sabiq icra başçısı Arif Qasımovun dövründən köməkçi vəzifəsində çalışırdı və hazırkı icra başçısı Coşqun Cəbrayılovun da köməkçisi idi. O, Suraxanı rayonu, Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada yaşayırdı.
Mehdiyevin intihar səbəbi ailəsinə də məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.