Bu gün, 8 oktyabr tarixində səhər saatlarında xəsarətlərlə nəticələnən iki avtomobil qəzası qeydə alınıb. Bu barədə Report məlumat yayıb.
Binəqədi rayonunda iki avtomobil toqquşub, 32 yaşlı Elçin Qədirov xəsarət alıb. Yaralı qapalı kəllə-beyin travması və baş-beyin əziyi diqanozu ilə xəstəxanaya yerləşdirilib.
Daha bir yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb. 27 yaşlı Amil Mustafayev bədənin əzikləri alıb. O, xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.