Nizami rayonunda xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 12 aprel tarixində Report məlumat verib.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 33 yaşlı Teyran Cəfərov və 24 yaşlı Məsud Hüseynov xəsarət alıblar.
Hər iki şəxs xəstəxanaya aparılıb. Fakt araşdırılır.