Bakının Nərimanov rayonunda 3 fevral axşam saatlarında iki avtomobil toqquşub. Nəticədə bir nəfər ölüb. Bu haqda bu gün, 4 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, rayon ərazisində "Hyundai" və "Kia" markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Müvafiq tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılıb və morqa təhvil verilib.