Bakının Xətai rayonunda iki azyaşlı qardaşın xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.
Report.az xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədəm çıxaraq beton maneəyə çarpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişinlər 8 yaşlı H.N və onun qardaşı, 6 yaşlı H.Ə xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Sürücünün ifadəsinə görə, avtomobilin əyləc sistemində yaranan problemə görə qəza baş verib. Hadisənin təfərrüatı araşdırılır.