Bakının Xətai rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti 9 fevral tarixində axşam saatlarında məlumat yayıb.
Bir dam altında bir-birinə bitişik tikilən birmərtəbəli evlərdə yanar konstruksiyaları və dam örtüyü yanıb. Hadisə yerinə FHN briqadaları cəlb olunub, yanğın söndürülüb.
Evlərin qalan hissəsi yanğından mühafizə olunub, xəsarət alan olmayıb.