Sutka ərzində Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb. Bu barədə APA 11 oktyabr tarixində xəbər verib.
Xəzər rayonunun Buzovna qəsəbəsində 28 yaşlı Emin Şərbətovla qonşusu arasında mübahisə yaranıb. Mübahisə nəticəsində əlbəyaxa davada 3 bıçaq zərbəsi alan Şərbətov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Oxşar hadisə paytaxtın Sabunçu rayonu Elşən Mehdiyev küçəsində baş verib. Asif Əlislamov küçədə əlbəyaxa dava edib. Dava zamanı naməlum şəxs onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.