Bakının Nərimanov rayonunda ayrı-ayrı vaxtlarda “Tufan” markalı 2 moped oğurlanıb. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bayram Səmədov saxlanılıb.
Araşdırma davam edir.