Paytaxt ərazisində iki nəfər dənizdə boğularaq ölüb. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Sabunçu rayonu, Nardaran çimərliyində 36 yaşlı Anar Quliyev başqasını xilas edən zaman özü boğulub.
Suraxanı rayonu, nəzarətsiz ərazidə, sahildən 1 kilometr aralıda 46 yaşlı Taleh İbişovun meyiti aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.