Bakıda baş vermiş qəza nəticəsində sürücü kabinədə sıxılmış vəziyyətdə qalıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 29 iyun tarixində xəbər verir.
Paytaxtın Qaradağ rayonunda “Shacman” və "MAZ" markalı iki yük avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan sürücü nəqliyyat vəasitəsində sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN əməkdaşları sürücünü deformasiyaya uğrayan "Shacman" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.