Bakının Suraxanı rayonunda yanğın baş verib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 172 kv.m (hər mərtəbəsi 86 kv.m) olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları, ev əşyaları və dəhlizin tavanı yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.