Avqustun 10-da Salyan şosesində yerləşən çimərlikdə oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Çimərliyə gələn şəxsin 15 manat pulu, 350 manat dəyərində mobil telefonu, geyim əşyaları, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantası oğurlanıb.
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma davam edir.