Noyabrda itkin düşən Qaradağ rayonunun Sahil qəsəbəsi sakini, 28 yaşlı İbrahim Nəzərlinin cansız bədəni tapılıb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Meyit Suraxanı rayonu, Qum adası ərazisində dənizdə aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb. Onun ölüm səbəbini müəyyən etmək üçün ekspertiza təyin edilib.
İbrahim Nəzərli noyarbın 9-da saat 15:00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.